“Bank of Baku” internet bankçılıq xidmətindən istifadə edən müştəriləri üçün növbəti yeniliyi təqdim edir. Bankdan Azərtac-a bildiriblər ki, indi müştərilər yol hərəkəti qaydalarının pozulması ilə bağlı cərimə, eləcə də büdcə ödənişlərinin hamısını bir yerdə – internet bankçılıq xidməti vasitəsilə rahatlıqla həyata keçirə biləcəklər. Müştərilərin rahatlığını təmin etmək məqsədilə tətbiq edilən bu yenilik onlara aşağıdakı xidmətlər üzrə ödənişlər etmək imkanı yaradır: Daxili İşlər Nazirliyi, İpoteka Ödənişləri, Vergilər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu ödənişləri. Qeyd olunan yeni xidmətlər üzrə ödənişlərin siyahısını internet bankçılıqda şəxsi kabinetdən “Kommunal və digər xidmətlərin ödənişi”ni seçib “Büdcə ödənişləri” bölməsinə keçid almaqla tapmaq olar. İstifadəçilər proqram təminatında hər bir ödəniş üzrə mövcud geniş axtarış modullarından istifadə etməklə ödəyəcəyi xidməti seçərək təsdiq düyməsinə basmaqla ödənişi icra edə bilərlər. Tarixçədə saxlanılan hər bir ödənişi növbəti dəfə sadəcə təsdiq əsasında həyata keçirmək olar. İnternet bankçılığa bankın 145 Məlumat Mərkəzinə zəng etməklə və filiala müraciət etməklə qoşulmaq olar.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…