Moody’s beynəlxalq reytinq agentliyi bu il yanvarın 1-dən iyulun 1-dək “Bank of Baku”nun reytinqinin stabil qaldığını və çətin iqtisadi vəziyyətin fonunda belə bankın öz mövqeyini qoruyub saxladığını təsdiq edib. Bankdan Azərtac-a bildiriblər ki, agentliyin açıqlamasında qurumun kapital adekvatlığı, ehtiyatların yaradılma siyasəti, likvidlik səviyyəsi, eyni zamanda, gəlir qazanma qabiliyyəti müsbət qiymətləndirilib. Bankın iyulun 1-nə olan maliyyə göstəricilərinə əsasən, məcmu kapitalın adekvatlıq əmsalı 19,5 faiz təşkil edir ki, bu da Mərkəzi Bankın təyin etdiyi minimum 10 faiz tələbindən yüksəkdir. Moody’s agentliyi bildirir ki, bank qeyri-işlək kreditlərə 100 faizdən artıq ehtiyat yaradıb, eyni zamanda, ehtiyatdan əvvəl gəliri ümumi aktivlərinin 9,3 faizini təşkil edib. Mövcud makroiqtisadi vəziyyəti nəzərə alaraq bank 2015-ci ilin 2-ci rübündən etibarən diqqəti əməliyyat xərclərinin optimallaşdırılmasına cəmləşdirib. Qeyd olunanları nəzərə alaraq, Moody’s bankın reytinqini stabil olaraq B3 səviyyəsində saxlayıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…