Avstraliyanın federal hökuməti vətəndaşların bank xidmətlərindən narazılığını araşdırmaq üçün “bank tribunalı” yaratmağı planlaşdırır. Bu barədə oktyabrın 7-də “5AA” radiostansiyasına müsahibəsində Baş nazir Malkolm Ternbull məlumat verib.Baş nazir deyib: “Biz müştərilərin şikayətlərini araşdıracaq çox məsrəf tələb etməyən, operativ və səmərəli fəaliyyət göstərən tribunal yaradacağıq”. M.Ternbull əlavə edib ki, hazırda yeni təşkilatın hüquqi statusunu və vəzifələrini dəqiqləşdirmək üçün mütəxəssislərlə məsləhətləşmələr aparılır.Başa çatmaqda olan həftə ərzində Avstraliya parlamentində ölkənin dörd aparıcı bankının- “Westpac”, “Avstraliya-Yeni Zelandiya Bankı” (ANZ), “Commonwealth Bank” və Avstraliya Milli Bankının (NAB) rəhbərlərinin iştirakı ilə dinləmələr keçirilib. Dinləmələr zamanı bankların əməkdaşları tərəfindən kreditlərin hesablanması, sığorta təminatı, cari xidmətlər zamanı çoxsaylı kobud səhvlərə yol verildiyi məlum olub.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…