Oktyabrın 1-nə “Bank VTB (Azərbaycan)”ın depozit portfeli ötən ilin eyni dövrü ilə müqayisədə 24 faiz artıb.Bankdan Azərtac-a bildiriblər ki, bu müddət ərzində əhalinin manat əmanətlərinin artımı 34,1 faiz, fiziki şəxslərin milli valyutada olan müddətli əmanətlərinin artımı isə 33,7 faiz təşkil edib.Hesabat dövründə bankın kredit portfeli 7 faiz artaraq oktyabrın 1-nə 363,5 milyon manat təşkil edib ki, bu vəsaitlərin 60 faizi kiçik və orta sahibkarlığa ayrılan kreditlərin payına düşüb. Ötən dövr ərzində milli valyutanın dollara nisbətdə ucuzlaşması iqtisadiyyatın real sektorunda fəaliyyət göstərənlərin və fərdi şəxslərin kredit borclarını ödəmə qabiliyyətinə təsir edib. Müştərilərinə dəstək olmaq və onların kredit yükünü azaltmaq məqsədilə bank güzəştli restrukturizasiya proqramının tətbiqinə başlayıb və proqram çərçivəsində hazırda kredit müddətinin uzadılması, ödəniş şərtlərinə yenidən baxılması, ödəniş qrafikinin dəyişdirilməsi və faiz dərəcəsində əhəmiyyətli endirimlərin edilməsi kimi güzəştlər təklif olunur.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…