Azərbaycanda lisenziyası ləğv olunan banklardan üçünün dövlət büdcəsinə 1 mln. 218 min manat məbləğində vergi borcu var. Bu barədə “Apa-Economics”in sorğusuna cavab olaraq Vergilər Nazirliyindən bildirilib. Məlumatda deyilir ki, 2015-ci ilin avqustunda müflis elan edilən “Evrobank” ASC-nin dövlət büdcəsinə 13 min 17,20 manat vergi borcu var. 2016-cı ilin əvvəlində lisenziyası ləğv edilən “United Credit Bank” ASC-nin isə vergi borcu 25 min 751,29 manat təşkil edir. Bağlanan banklar arasında ən böyük vergi borcu olan isə “Texnikabank” ASC-dir. 2016-cı ilin əvvəlində lisenziyası ləğv edilən bu bankın 1 mln. 179 min 99,33 manat vergi borcu hələ də ödənilməyib. Qeyd edək ki, “Atrabank” ASC-nin, “Azərbaycan Kredit Bankı” ASC-nin, “Gəncəbank” ASC-nin Mərkəzi Bank tərəfindən lisenziyalarının ləğv edildiyi tarixə vergi borcları olmayıb. “Bank of Azerbaijan” və “Qafqaz İnkişaf bankı” ASC-lərin lisenziyalarının ləğv edildiyi tarixə olan vergi borclarının dövlət büdcəsinə ödənilməsi təmin edilib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…