ABŞ prezidenti Barak Obama Liviyaya müdaxiləni ən böyük səhvi hesab edir. Lifenews xəbər verir ki, bu barədə dövlət başçısı “Fox News” telekanalında yayımlanan müsahibəsində bildirib. Ona qısa cavab almaq məqsədilə silsilə suallar verilib. Suallardan biri prezidentlik dövrü ərzində ən böyük səhvə aid idi. “Ola bilər ki, bu Liviyaya müdaxilənin səhərisi günü hazırlanan planda yol verilən müvəffəqiyyətsizlik idi. Həmin an mən bu müdaxilənin doğru addım olduğunu düşünürdüm”, – Obama cavab verib. Keçən ilin dekabr ayında dövlət katibi Con Kerri, prezidentin sözlərini xatırladaraq ABŞ-ın Liviyaya müdaxiləsinin səhv olduğunu etiraf edib. Obama ABŞ-ın Liviyadakı bəzi əməliyyatlarının yanlışlığını etiraf edib. Belə ki, “Amerika hərbi müdaxilədən sonra qanuni hakimiyyətin qurulmasına tam vasitəçilik etmirdi”, Kerri “Rossiya 1” telekanalının efirində “Şənbə günü Sergey Brileyev ilə xəbərlər” proqramında bildirib. O əlavə edib ki, ABŞ Liviyada “ölkədə vəziyyətin sabitləşməsinə və gərginliyin azalmasına ümid edən elitanın” formalaşdıracağı yeni hakimiyyəti dəstəkləyəcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…