İyunun 30-da futbol üzrə İspaniya La Liqasının 33-cü turu çərçivəsində “Barselona” klubu “Atletiko Madrid”i qəbul edib.Azərtac xəbər verir ki, “Nou Kamp” stadionunda baş tutan qarşılaşma 2:2 hesablı heç-heçə ilə başa çatıb.Matçda hesab 11-ci dəqiqədə açılıb. “Ateltiko”nun hücumçusu Diqeo Kosta avtoqola imza atıb. İlk qoldan səkkiz dəqiqə sonra baş hakim “Barselona”nın qapısına penalti təyin edib. Madrid komandasının yarımmüdafiəçisi Saul Niqes cərimə zərbəsini dəqiq yerinə yetirib. İkinci hissənin 50-ci dəqiqəsində hücumçu Lionel Messi 11 metrlik cərimə zərbəsi ilə kataloniyalıları yenidən hesabda önə çıxarıb. Lakin 62-ci dəqiqədə Saul yenidən penaltini dəqiq yerinə yetirərək dubl edib.“Barselona” 70 xal toplayaraq turnir cədvəlində ikinci yerdə qərarlaşıb. Aktivində 59 xalı olan “Atletiko Madrid” turnir cədvəlində 3-cü yerdədir.Qeyd edək ki, yarışın lideri 32 matçda 71 xal toplayan “Real Madrid”dir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…