“Barselona” futbol klubu İspaniya kubokunun dörddəbir final mərhələsinin cavab oyununda “Espanyol” komandasını qəbul edib.Azərtac xəbər verir ki, “Kamp Nou” stadionunda keçirilən oyunun taleyi ilk hissədə həll olunub. Görüşün 9-cu dəqiqəsində Luis Suarez, 25-ci dəqiqəsində isə Lionel Messi rəqib qapısına yol tapıblar. Oyun meydan sahiblərinin 2:0 qələbəsi ilə başa çatıb.Bununla da “Barselona” iki oyunun nəticəsinə görə “Kral kuboku”nun yarımfinalına çıxıb. İlk oyun “Espanyol”un 1:0 qələbəsi ilə başa çatıb.Bu görüş Lionel Messi üçün əlamətdar olub. Argentinalı hücumçu “Barselona”nın “Kamp Nou”da vurduğu 4000-ci qolun müəllifi olub. Belə ki, Kataloniya təmsilçisi İspaniya çempionatında 2765, ölkə kubokunda 508, Çempionlar Kuboku və Çempionlar Liqasında 368, Kuboklar Kubokunda 107, UEFA Kubokunda 92, İspaniya Super Kubokunda 32, digər turnirlərdə isə 121 qol vurub.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…