“Barselona” futbol klubu hücum xəttini gücləndirmək niyyətindədir

24 Fevral 2020 13:25

Xəbər 577 dəfə oxunub

İspaniyanın “Barselona” futbol klubu yay transfer pəncərəsində hücum xəttini gücləndirmək niyyətindədir.Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, bununla bağlı Kataloniya təmsilçisi İtaliyanın “İnter” komandasının hücumçusu Lautaro Martinesi transfer etmək istəyir. Klub artıq argentinalı futbolçuya beşillik müqavilə və 7 milyon avro illik məvacib təklif edib. Həmçinin Lautaronun illik maaşı müqavilədə göstərilən müxtəlif bonuslar səbəbindən arta da bilər.xeber100.com