“Barselona” futbol klubu ikinci transferini reallaşdırıb

8 Yanvar 2022 15:47

Xəbər 482 dəfə oxunub

“Barselona” qış fasiləsində ikinci transferini reallaşdırıb.Kataloniya klubu “Ayntraxt”ın hücumçusu Fabio Blankonu heyətinə qatıb.“Valensiya”nın yetirməsi bununla 6 aylıq fasilədən sonra yenidən vətəni İspaniyaya qayıdıb. On səkkiz yaşlı forvard “Barselona” ilə 2,5 illik müqavilə imzalayıb. Anlaşmaya əsasən, İspaniyanın U-19 yığmasının üzvü əvvəlcə “Barselona”nın B komandasında çıxış edəcək.Qeyd edək ki, “Barselona”nın qış fasiləsində ilk transferi “Mançester Siti”nin hücumçusu Ferran Torres olub.xeber100.com