UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümündə qrup mərhələsinin ikinci turuna son 8 oyun ilə yekun vurulub.Azərtac xəbər verir ki, ikinci günün ən dramatik matçı “Nou Kamp” stadionunda qeydə alınıb. İspaniyada “Barselona” İtaliyanın “İnter” komandasını qəbul edib. Görüşdə hesabı italyanlılar açıb: ilk hücumunu qolla başa vuran Lautaro Martines komandasını hesabda önə çıxarıb – 1:0. Qoldan sonra irəli atılan Kataloniya təmsilçisi rəqibin qapısı qarşısında bir neçə təhlükəli vəziyyət yaradıb. Buna baxmayaraq birinci hissə qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb. Fasilədən sonra da hücumlarını davam etdirən “Barselona” istəyinə 58-ci dəqiqədə çatıb. Arturo Vidalın ötürməsindən sonra Luis Suares uzaq məsafədən baxımlı qola imza atıb – 1:1.Oyunun başa çatmasına altı dəqiqə qalmış Luis Suares ikinci qolu vuraraq komandasına vacib qələbə qazandırıb – 2:1.Beləliklə, “Barselona” cari mövsüm UEFA Çempionlar Liqasında ilk qələbəsini qazanıb. Ernesto Valverdinin yetirmələri ilk turda səfərdə Almaniyanın “Borussiya” klubu ilə heç-heçə ediblər – 0:0. “İnter” isə F qrupunun autsayderi sayılan “Slaviya Praqa”nı məğlub edə bilməyib – 0:0.Turnirdə İngiltərənin “Liverpul”u Avstriyanin “Zatlsburq” komandasını qəbul edib. Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 4:3. Qollardan 2-ni Məhəmməd Salah, Sadio Mane və Anryu Robertson vurub. Qonaqlarda isə Hi-Çan Hvanq, Takimu Minamino və Braun Holland fərqləniblər.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…