İspaniyanın “Barselona” klubu La Liqada bombardirlər siyahısında üçüncü yerdə qərarlaşan “Jirona”nın uruqvaylı hücumçusu Kristian Stuanini heyətinə qatmaq istəyir.Azərtac klubun rəsmi saytına istinadla xəbər verir ki, katalonyalılar qış transfer pəncərəsində 32 yaşlı hücumçuya görə, 15 milyon avrodan keçməyə hazırdırlar. Klub rəhbərliyi bu transferlə “Sevilya”ya keçmiş Munir El Haddadinin boş qalan yerini doldurmaq fikrindədir.Qeyd edək ki, Kristian Stuani 2017-ci ildə İngiltərənin “Midlsbro” klubundan 2,5 milyon avroya “Jirona”ya transfer olunub. Cari mövsüm uruqvaylı “Jirona”nın heyətində 17 oyuna 12 qol vurub. Hazırda Stuani Lionel Messi (17 qol) və Luis Suaresdən (14 qol) sonra İspaniya La Liqasının bombardirlər siyahında üçüncü yerdə qərarlaşıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Heydər Əliyev – 93
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Messi influenzato…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
“Вниз по течению”…