“Barselona” futbol klubu “Leqanes”i qəbul edib

21 Yanvar 2019 15:40

Xəbər 866 dəfə oxunub

İspaniya La Liqasında 20-ci turun daha 5 oyunu keçirilib.Milli.Az xıbır verir ki, lider “Barselona” doğma meydanda “Leqanes”i qəbul edib. Görüşdə hesabı 32-ci dəqiqədə kataloniyalıların yarımmüdafiəçisi Usman Dembele açıb. Qonaqlar ikinci hissənin əvvəlində tarazlığı bərpa etsələr də, Luis Suares 71-ci dəqiqədə “Barsa”nı önə çıxarıb. Oyunda son nöqtəni isə 90-cı dəqiqədə Lionel Messi qoyub.Qeyd edək ki, 20 turdan sonra “Barselona” 46 xalla liderdir. İkinci sıradakı “Atletiko”nun 41 xalı var. “Real” 36 xalla 3-cüdür. “Leqanes” isə 22 xalla 14-cü yerdədir”Barselona” – “Leqanes” 3:Qollar: Usman Dembele, 32, Luis Suares, 72. Lionel Messi, 90 – Martin Braytvayt, 57.xeber100.com