“Barselona” futbol klubu öz meydanında “Napoli”ni qəbul edib

9 Avqust 2020 13:51

Xəbər 1055 dəfə oxunub

Avqustun 8-də UEFA Çempionlar Liqasının 2019-2020-ci mövsümünün səkkizdəbir final mərhələsi yekunlaşıb.Azərtac xəbər verir ki, mərhələnin son oyun günündə iki qarşılaşma oynanılıb.“Barselona” öz meydanında “Napoli” klubunu qəbul edib. İlk oyunda səfərdə 1:1 hesabı ilə heç-heçə edən kataloniyalılar öz meydanında inamlı qələbə qazanıblar – 3:1.Oyunda hesabı meydan sahibləri açıb. Klement Lenqlet adını tabloya yazdırıb. Qoldan 13 dəqiqə sonra “Barselona” ikinci dəfə rəqibi meydanın mərkəzinə dəvət edib. Lionel Messi fərqlənib. Birinci hissənin son dəqiqələrində meydan sahibləri hesab arasındakı fərqi iki topa çatdırıb. Luis Suares hakimin təyin etdiyi 11 metirlik cərimə zərbəsini dəqiq yerinə yetirib.Bu da birinci hissədə son qol olmayıb. Baş hakim bu dəfə penalti zərbəsini “Barselona”nın qapısına təyin edib.“Napoli”nin futbolçusu Lorenzo İnsinya şansı əldən verməyib.İkinci hissədə hər iki komandanın qol vurmaq şansı olsa da, hesab dəyişməyib.Günün digər oyununda Almaniyanın “Bavariya” klubu İngiltərənin “Çelsi” komandasını qəbul edib.Görüş Münxen təmsilçisinin 4:1 hesabı ilə qələbəsi ilə başa çatıb.“Bavariya”nın heyətində Robert Levandovskiy (2), İvan Perişiç və Korentin Tolisso fərqləniblər. “Çelsi”nin təsəlli qoluna Tammi Abraham imza atıb.Bu komandaların İngiltərədə ilk oyunu “Bavariya”nın böyük hesablı qələbəsi ilə başa çatmışdı – 5:0.Beləliklə, dörddəbir finalda Atalanta” (İtaliya) – “Paris Sen-Jermen” (Fransa), “Leyptsiq” (Almaniya) – “Atletiko” (İspaniya), “Barselona” (İspaniya) – “Bavariya” (Almaniya), “Mançester Siti” (İngiltərə) – “Lion” (Fransa) qarşılaşmaları baş tutacaq.Xatırladaq ki, UEFA Çempionlar Liqasının qarşılaşmaları növbəti mərhələdən “8-lər finalı” formatında Portuqaliyanın paytaxtı Lissabonda oynanılacaq.xeber100.com

Həndbol Federasiyası: Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib

Həndbol üzrə Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib. Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, kişilərin yarışında tura “Dinamo” – “Azəryol” görüşü ilə start verilib. “AHF Arena”da keçirilən oyuna favorit qismində çıxan nominal qonaqlar etimadı doğruldublar. “Azəryol”un üstünlüyü ilə yadda qalan qarşılaşma 24:49 hesabı ilə başa çatıb. “Təhsil” – “İdman Akademiyası” matçı daha gərgin mübarizə şəraitində keçib. Fasiləyə 3 topluq üstünlüklə yollanan “Təhsil” qalan vaxtda rəqibin vəziyyəti dəyişməsinə imkan verməyib - 30:28. Maraqlı mübarizə vəd edən “Bakı” – “Kür” görüşündə isə qonaqların qələbəsinə inananlar yanılmayıblar. Yüksək əzmkarlıq nümayiş etdirən Mingəçevir həndbolçuları paytaxtdan uğurlu nəticə ilə dönməyi bacarıblar - 20:26. Qadın həndbolçuların çempionatında 7-ci tur “Bakı” – “Gənclər Birliyi” matçı ilə başlanıb. İlk hissədən təşəbbüsə yiyələnən paytaxtın eyniadlı komandası fasilədən sonrakı üstünlüyünü də tabloda əks etdirib - 35:25. “Kür” komandası da azarkeşlərini sevindirib. Mingəçevirin həndbolçuları növbəti qələbəni “İdman Akademiyası” ilə oyunda rəsmiləşdiriblər - 49:16. Yeddinci tura yanvarın 21-də keçiriləcək “Azəryol” – “Qarabağ” matçı ilə yekun vurulacaq.xeber100.com  

Yanvar 15, 2024 14:10

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Quba – İdman Paytaxtı 2024″ün açılış mərasimi keçirilib

Gənclər və İdman Nazirliyinin və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Quba - İdman Paytaxtı 2024"ün açılış mərasimi keçirilib. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonra "Quba - İdman Paytaxtı 2024"ün maskotu "Fuji" tamaşaçılara təqdim edilib. Bunun tarixi və əlamətdar hadisə olduğunu deyən Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Prezident İlham Əliyevin dəstəyi ilə regionlarda müasir standartlara cavan verən idman komplekslərinin tikildiyini vurğulayıb. Bölgədə 8 mindən artıq gəncin idmanla məşğul olduğunu söyləyən İ. Mahmudov idmançıların yerli və beynəlxalq yarışlarda qazandığı uğurlardan bəhs edib. Gənclər və idman naziri Fərid Qayıbov Quba Olimpiya İdman Kompleksində yaradılan yüksək şəraitdən danışıb. O, kompleksdə müxtəlif idman növləri üzrə təlim-məşq toplanışları və yarışların keçiriləcəyini diqqətə çatdırıb. Gimnastika üzrə Azərbaycan millisinin də hazırda Quba Olimpiya İdman Kompleksində hazırlıq keçdiyi bildirilib. Daha sonra nazir idman paytaxtının rəmzi açarını icra başçısına təhvil verib. Ardınca sambo üzrə dünya və Avropa çempionatlarının mükafatçısı Zaur Paşayev və peşəkar MMA döyüşçüsü, 4 qat dünya çempionu Vüqar Kərəmov çıxış ediblər. Onlar hazırda beynəlxalq arenada Azərbaycanı təmsil edən bütün idmançılara uğurlar arzulayıblar. Tədbir bədii hissə ilə davam edib. Müxtəlif idman növləri üzrə federasiyaların üzvlərinin paradından sonra respublikanın tanınmış incəsənət ustaları və müğənnilərinin iştirakı ilə möhtəşəm konsert proqramı təşkil olunub.xeber100.com

Yanvar 15, 2024 14:02