“Barselona” futbol klubu “Sevilya” ilə qarşılaşacaq

9 Fevral 2018 13:00

Xəbər 1059 dəfə oxunub

“Barselona” futbol klubu İspaniya kubokunun yarımfinal mərhələsinin cavab oyununda səfərdə “Valensiya” klubu ilə qarşılaşıb.Azərtac xəbər verir ki, “Mestalya” stadionunda keçirilən qarşılaşmada kataloniyalılar rəqiblərinə 2:0 hesabı ilə qalib gəliblər. İlk oyunda da rəqibini məğlub edən (1:0) “Barselona” “Kral kuboku”nun finalına yüksəlib.Həlledici qarşılaşmada Ernesto Valverdenin yetirmələrinin rəqibi “Sevilya” klubu olacaq.xeber100.com