“Barselona” futbol klubu yarımmüdafiəçisi ilə müqaviləni yeniləyib

7 Mart 2023 15:08

Xəbər 428 dəfə oxunub

“Barselona” futbol klubu yarımmüdafiəçisi Serxi Roberto ilə müqaviləni yeniləyib. Yeni müqaviləyə əsasən, 31 yaşlı futbolçu 2024-cü ilin yayınadək La Liqa klubunda oynayacaq. Tərəflər arasındakı əvvəlki sözləşmənin müddəti mövsümün sonunda başa çatırdı. Futbolçu “Barselona”nın öz yetirməsidir. O, 2010-2011-ci il mövsümündən bu klubun əsas komandasında çıxış edir. İspaniya yığmasında da oynamış futbolçu “Barselona”da meydana çıxdığı 340 matçda 15 qol vurub.xeber100.com