İspaniyanın “Barselona” futbol klubunun argentinalı hücumçusu Lionel Messi yeni rekorda imza atıb.Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, 31 yaşlı argentinalı hücumçu martın 18-də “Barselona”nın “Real Betis”lə oyununda 477-ci qələbəsini qazanıb. Bu qələbə ilə Lionel Messi Xavi Hernandezi qabaqlayıb. Hernandezin aktivində 476 qələbə var. “Barselona”da bu göstəriciyə görə üçüncü yerdə isə sabiq yarımmüdafiəçi Andres İniesta (459) yer alıb.“Betis”lə oyunu Lionel Messinin Kataloniya klubundakı 674-cü qarşılaşması olub. Bu nəticə ilə o Andreas İniestaya çatıb. “Barselona”da ən çox oyun keçirən futbolçu isə Xavi Hernandezdir (767).Messi 2004-cü ildən “Barselona”nın heyətində forma geyinir. Argentinalı hücumçu İspaniya çempionatının 9, İspan Super Kubokunun 8, İspaniya kubokunun 6, Çempionlar Liqasının 4, UEFA Super Kubokunun və dünya klublar çempionatının 3 dəfə qalibi olub.Qeyd edək ki, Lionel Messi cari mövsümdə İspaniya çempionatında 26 oyun keçirib və 29 qol vurub.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…