“Barselona” futbol klubunun ümumi borcu 1,173 milyard avroya çatıb

26 Yanvar 2021 12:27

Xəbər 556 dəfə oxunub

İspaniyanın “Barselona” futbol klubunun ümumi borcu 1,173 milyard avroya çatıb.Azərtac “El Mundo Deportivo” nəşrinə istinadla xəbər verir ki, kataloniyalıların 2020-ci il üçün kluba olan borcları çıxmaqla xalis itkisi 488 milyon avrodur. Transferlərə görə, “Barselona”nın digər klublara cəmi 322 milyon avrodan çox borcu var.Əməkhaqları klubun xərcləri arasında ən böyük yeri tutur. Belə ki, klubun büdcəsinin 74 faizi məhz əməkhaqlarının ödənməsinə sərf olunur.xeber100.com