“Barselona” klubu 100 milyon avro təzminat ödəyəcək

10 Aprel 2018 13:15

Xəbər 1048 dəfə oxunub

“Barselona” klubu fransalı futbolçu Dayo Upamekanonu tarixin ən bahalı müdafiəçisi edə bilər.Azərtac xəbər verir ki, kataloniyalılar Xaviyer Maskeranonu Çin klubuna buraxdıqdan sonra və Samuel Umtitinin klubla müqaviləni uzatmağa əmin olmadığı üçün müdafiəçi axtarışına çıxıblar. “Barselona” klubu “Leyptsiq”in 19 yaşlı oyunçusu Dayo Upamekanonu yay transfer dövründə sıralarına qatmaq niyyətindədir. “Barselona” Upamekano üçün 100 milyon avro təzminat məbləği ödəməyə hazırdır.Qeyd edək ki, oyunçu “Bavariya”, “Mançester Yunayted”, “Arsenal” və “Milan” klublarının da maraq dairəsindədir.xeber100.com