İspaniyanın “Barselona” klubu Türkiyənin İstanbul şəhərinin Şişli rayonunda yerləşən “Barca Tekstil” şirkətini məhkəməyə verib.Milli.az xəbər verir ki, Kataloniya təmsilçisi şirkəti “Barca” brendindən qanunsuz istifadədə ittiham edərək, adının dəyişdirlməsini istəyib. “Barselona”nın İstanbul Fikri ve Sınai Haklar Məhkəməsinə təqdim etdiyi şikayət ərizəsində klubun “Barça” adı ilə tanındığı və dünyanın köklü klublarından olduğu ifadə edilib, 100-dək ölkədə qeydiyyatdan keçmiş markasının mövcudluğu vurğulanıb.”Barca Tekstil”in sahibi Ali Öziçer isə deyib ki, şirkət 1997-ci ildə qurulub və “Barca” italyanca “yaxta” deməkdir: “Firmamızın adı ilə Almaniya və İtaliya daxil olmaqla, bir çox Avropa ölkəsinə geyim satırıq. Bu adla bir çox ölkədə qeydiyyatdan keçmiş şirkətik. Bunun üçün İspaniyaya da müraciət etdik, amma rədd cavabı aldıq. “Barselona” klubu da Türkiyədə “Barça” adında bir restoran açmaq istəyir. Bunun üçün müvafiq quruma iki dəfə müraciət ünvanlayıblar. Biz buna etiraz edincə, şirkətimizi məhkəməyə veriblər”.Qeyd edək ki, “Barselona” 1899-cu ildə təsis olunub.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…