“Barselona” klubu heyətlə bağlı dəyişikliklərə hazırlaşır

1 İyun 2019 20:57

Xəbər 1006 dəfə oxunub

“Barselona” heyətlə bağlı ciddi dəyişikliklərə hazırlaşır.Milli.az xəbər verir ki, Kataloniya təmsilçisi başda baş məşqçi Ernesto Valverde olmaqla, 12 futbolçu ilə yollarını ayıracaq. Qapıçı Yasper Silessen, müdafiəçilər Samuel Umtiti, Ceyson Murilyo, Jan-Kler Todibo, Tomas Vermalen, yarımmüdafiəçilər Filipe Koutinyo, Denis Suarez, Rafinya, Andre Qomeş, İvan Rakitiç, hücumçular Kevin-Prins Boatenq və Malkomun ispan klubunu tərk edəcəyi gözlənilir.Qeyd edək ki, geridə qalan mövsümdə La Liqanı qazanan “Barselona”, Çempionlar Liqasında yarımfinalda, İspaniya Kral Kubokunda isə finalda uduzub.xeber100.com