“Barselona” klubu “İnter” komandasının hücumçusu ilə razılığa gəlib

2 İyun 2020 12:34

Xəbər 620 dəfə oxunub

İspaniyanın “Barselona” futbol klubu İtaliyanın “İnter” komandasının hücumçusu Lautaro Martineslə razılığa gəlib.Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, 22 yaşlı hücumçu yeni klubunda illik 12 milyon avro və bonuslar qazanacaq. Yaxın günlərdə La Liqa təmsilçisi “İnter”lə də razılığa gəlməlidir. Belə ki, “Barselona” argentinalı futbolçunun müqaviləsindəki təzminat qiyməti – 111 milyon avronu ödəməyi planlaşdırır. Klubun ilk öncə 90 milyon avro və əlavə bir oyunçusunu təklif edərək “İnter”lə razılığa gəlməyə çalışacağı vurğulanıb.Qeyd edək ki, L.Martines bu mövsüm A seriyasında 31 matçda 16 qol vurub.xeber100.com