“Barselona” klubu PSJ-nin futbolçusuna bir illik müqavilə təklif edib

17 May 2023 14:40

Xəbər 327 dəfə oxunub

“Barselona” klubu PSJ-nin futbolçusu Lionel Messiyə bir illik müqavilə təklif edib. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Argentinalı hücumçu müqaviləni qəbul edəcəyi halda, ilinə 25 milyon avro qazanacaq. Kataloniya təmsilçisi 35 yaşlı oyunçunun təklifə müsbət cavab verəcəyinə inanır.

Qeyd edək ki, Messinin Paris təmsilçisi ilə müqaviləsi yayda başa çatır. O, 2004-2021-ci illərdə “Barselona”nın əsas komandasında oynayıb.xeber100.com