“Barselona” klubu yeni müqavilə imzalamağa hazırlaşır

4 May 2020 21:06

Xəbər 566 dəfə oxunub

İspaniyanın “Barselona” klubu argentinalı hücumçusu Lionel Messi ilə yeni müqavilə imzalamaq üçün danışıqlara başlamağa hazırlaşır.Azərtac “Gazeta.ru” saytına istinadla xəbər verir ki, bu haqda “Marca” nəşri xəbər yayıb.Nəşrin məlumatına görə, tərəflər hazırkı müqaviləsinin müddəti 2021-ci ilin yayında başa çatacaq Messi ilə yeni müqavilə imzalamaq üçün danışıqlara yaxın günlərdə start verəcəklər.Kataloniya təmsilçisinin rəhbərliyi digər əsas oyunçusu – uruqvaylı Luis Suares ilə də müqavilənin müddətini uzatmaq fikrindədir. Uruqvaylı hücumçunun da “Barselona” klubu ilə müqaviləsinin müddəti 2021-ci ildə başa çatacaq.xeber100.com