“Barselona” klubunun məlumatına görə…

10 Mart 2017 12:05

Xəbər 829 dəfə oxunub

“Barselona” klubunun rəhbərliyi komandanın xorvatiyalı yarımmüdafiəçisi İvan Rakitiç ilə müqavilənin müddətini uzadıb.Azərtac klubun saytına istinadla xəbər verir ki, 2021-ci il iyunun 30-dək qüvvədə olacaq müqaviləyə əsasən, xorvatiyalı legionerin sərbəst qalması üçün 125 milyon avro məbləğində qiymət müəyyən edilib.İvan Rakitiç “Barselona”ya 2014-cü ildə 26 yaşında olarkən “Sevilya”dan transfer edilib. Luis Enrikenin rəhbərliyi altında o, forma geydiyi 145 matçda 23 qol vurub. Futbolçu bu qollardan 9-na ilk mövsümdə nail olub. Cari mövsümdə onun aktivində 6 qol var.xeber100.com