“Barselona” klubunun müdafiəçisi karyerasını Çində davam etdirəcək

24 Yanvar 2018 14:33

Xəbər 648 dəfə oxunub

İspaniyanın “Barselona” futbol klubunun müdafiəçisi Maskerano karyerasını Çinin “Xebey Çayna Forçun” klubunda davam etdirəcək.Azərtac xarici KİV-lərə istinadən xəbər verir ki, transferin rəsmi müqaviləsi yanvarın 26-da 10 milyon avro müqabilində imzalanacaq.Qeyd edək ki, argentinalı futbolçu 2010-cu ildən Kataloniya klubunun şərəfini qoruyur. O, bu müddət ərzində 334 rəsmi oyuna çıxıb və “Barselona” ilə 18 mükafat qazanıb.xeber100.com