Yanvarın 11-də İspaniya Kral Kubokunun səkkizdəbir final mərhələsində “Barselona” komandası “Atletik Bilbao”nu 3:1 hesabı ilə məğlub edib.Azərtac xəbər verir ki, oyun “Barselona”nın hücum xəttindəki “qızıl üçlüy”ün – Lionel Messinin, Luis Suaresin və Neymarın gözəl oyunları və qolları ilə yadda qalıb. Bu qollar hər üç futbolçu üçün əlamətdar olub.İlk oyunda 1:2 hesabı ilə məğlub olan kataloniyalılar qarşılaşmanın 35-ci dəqiqəsində hesabı açıblar. Rəqib qapısına yol tapan Luis Suares bununla da komandanın heyətindəki qollarının sayını 100-ə çatdırıb. Uruqvaylı futbolçu bu göstəriciyə 120-ci matçda nail olub.Son 11 oyunda qol vura bilməyən Neymar görüşün 48-ci dəqiqəsində 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirərək ikinci topu rəqib qapısından keçirib.Qarşılaşmada son nöqtəni qoyan Lionel Messi isə 2017-ci ildə meydana çıxdığı ardıcıl üçüncü görüşdə də cərimə zərbəsindən toru silkələyib. Bununla da argentinalı cərimə zərbələrindən vurduğu qolların sayını 26-ya çatdıraraq, “Barselona”nın sabiq üzvü, hollandiyalı Ronald Kumanın göstəricisini təkrarlayıb. Messi cərimə zərbəsindən daha bir qol vurarsa, klub tarixində bu rekordu yeniləyəcək.Oyunda qonaqların heyətində 51-ci dəqiqədə Enrik Saborit fərqlənib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…