İspaniyanın “Barselona” komandası La Liqanın 19-cu turunda səfərdə “Eybar” komandasını 4:0 hesabı ilə darmadağın edib.Azərtac xəbər verir ki, oyun “Barselona”nın “qızıl üçlüyü”nün – Lionel Messi, Luis Suares və Neymarın gözəl oyunu ilə yadda qalıb. Kataloniya təmsilçisinin ilk qolunu matçın 31-ci dəqiqəsində Denis Suarez vurub. Fasilədən sonra oyunda üstünlüyü tamamilə ələ alan “Barselona”nın heyətində Lionel Messi (50), Luis Suarez (68) və Neymar (90+1) “Eybar” üzərində çoxqollu qələbəni rəsmiləşdiriblər.Bu matçda vurduğu qol Neymarın “Barça”nın heyətində 94-cü qolu olub. Bununla da o, həmyerlisi Ronaldinyonun “Barselona”dakı göstəricisini təkrarlayıb. Ronaldinyo 94 qolu 207 oyunda vurduğu halda, Neymar buna 164 oyunda nail olub.“Eybar” üzərində qələbədən sonra xallarının sayını 41-ə çatdıran “Barselona” bir oyun az keçirən “Real Madrid”dən iki, “Sevilya”dan isə bir xal geridədir.Bu tur çərçivəsində yanvarın 21-də lider “Real Madrid” “Santyaqo Bernabeu”da “Malaqa”nı (2:1), “Sevilya” isə səfərdə autsayder “Osasuna”nı (4:3) məğlub edib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…