“Barselona” komandası “Real Madrid”i 3:2 hesabı ilə məğlub edib

24 Aprel 2017 11:34

Xəbər 814 dəfə oxunub

Aprelin 23-də La Liqanın 33-cü turu çərçivəsində “Santyaqo Bernabeu” stadionunda keçirilən “El Klassiko”da “Barselona” komandası “Real Madrid”i 3:2 hesabı ilə məğlub edib.Azərtac xəbər verir ki, oyunda hesabı matçın 23-cü dəqiqəsində madridlilərin heyətində Kasemiro açıb. Lakin bu qoldan beş dəqiqə sonra “Real Madrid”in cərimə meydançasına daxil olan Lionel Messi dəqiq zərbə ilə tarazlığı bərpa edib – 1:1.İlk hissə bu hesabla başa çatıb.Fasilədən sonra hücumların sayını artıran komandalar xeyli sayda təhlükəli vəziyyətlər yaratsalar da, qapıçılar inamlı oyunla yadda qalıblar. Buna baxmayaraq, matçın 73-cü dəqiqəsində hesab dəyişib. “Barselona”nın xorvatiyalı legioneri İvan Rakitiç gözəl zərbə ilə komandasını hesabda irəli çıxarıb – 2:1.Bu qoldan dörd dəqiqə sonra “Real Madrid”in kapitanı Serxio Ramos Lionel Messiya qarşı kobud oyuna görə qırmızı vərəqə ilə cəzalandırılıb. Lakin meydanda sayca azlıqda qalmalarına baxmayaraq, madridlilər hesabı bərabərləşdirmək üçün hücumların sayını artırıblar və 86-cı dəqiqədə istəklərinə çatıblar. Xames Rodrigez kral klubunun bərabərlik qolunu vurub – 2:2.Ancaq bu, oyunda sonuncu qol olmayıb. Görüşün əsas vaxtına əlavə edilmiş 2 dəqiqəlik hissənin sonunda “Real Madrid”i əks-hücumda yaxalayan kataloniyalıların heyətində Robertonun rəqibin üç futbolçusunu keçərək başlatdığı sürətli hücumu Lionel Messi dəqiq zərbə ilə tamamlayıb – 3:2.Bu qələbədən sonra “Barselona” bir oyun az keçirən “Real Madrid” ilə xalları bərabərləşdirib. Hər iki klubun aktivində 75 xal olsa da, komandalar arasında görüşlərin nəticələrinə görə “Barselona” liderliyi ələ keçirib.Qeyd edək ki, bu oyunda dubl edən Lionel Messi La Liqa tarixində “El Klassiko”larda ən çox qol vuran futbolçu adına sahib olub. Belə ki, hazırda aktivində 16 qol olan Lionel Messi əfsanəvi Alfredo di Stefanonun (14 qol) rekordunu təzələyib. Eyni zamanda, oyunun son dəqiqəsində vurduğu qol argentinalı ulduz futbolçunun karyerasında 500-cü qolu olub.xeber100.com

Həndbol Federasiyası: Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib

Həndbol üzrə Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib. Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, kişilərin yarışında tura “Dinamo” – “Azəryol” görüşü ilə start verilib. “AHF Arena”da keçirilən oyuna favorit qismində çıxan nominal qonaqlar etimadı doğruldublar. “Azəryol”un üstünlüyü ilə yadda qalan qarşılaşma 24:49 hesabı ilə başa çatıb. “Təhsil” – “İdman Akademiyası” matçı daha gərgin mübarizə şəraitində keçib. Fasiləyə 3 topluq üstünlüklə yollanan “Təhsil” qalan vaxtda rəqibin vəziyyəti dəyişməsinə imkan verməyib - 30:28. Maraqlı mübarizə vəd edən “Bakı” – “Kür” görüşündə isə qonaqların qələbəsinə inananlar yanılmayıblar. Yüksək əzmkarlıq nümayiş etdirən Mingəçevir həndbolçuları paytaxtdan uğurlu nəticə ilə dönməyi bacarıblar - 20:26. Qadın həndbolçuların çempionatında 7-ci tur “Bakı” – “Gənclər Birliyi” matçı ilə başlanıb. İlk hissədən təşəbbüsə yiyələnən paytaxtın eyniadlı komandası fasilədən sonrakı üstünlüyünü də tabloda əks etdirib - 35:25. “Kür” komandası da azarkeşlərini sevindirib. Mingəçevirin həndbolçuları növbəti qələbəni “İdman Akademiyası” ilə oyunda rəsmiləşdiriblər - 49:16. Yeddinci tura yanvarın 21-də keçiriləcək “Azəryol” – “Qarabağ” matçı ilə yekun vurulacaq.xeber100.com  

Yanvar 15, 2024 14:10

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Quba – İdman Paytaxtı 2024″ün açılış mərasimi keçirilib

Gənclər və İdman Nazirliyinin və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Quba - İdman Paytaxtı 2024"ün açılış mərasimi keçirilib. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonra "Quba - İdman Paytaxtı 2024"ün maskotu "Fuji" tamaşaçılara təqdim edilib. Bunun tarixi və əlamətdar hadisə olduğunu deyən Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Prezident İlham Əliyevin dəstəyi ilə regionlarda müasir standartlara cavan verən idman komplekslərinin tikildiyini vurğulayıb. Bölgədə 8 mindən artıq gəncin idmanla məşğul olduğunu söyləyən İ. Mahmudov idmançıların yerli və beynəlxalq yarışlarda qazandığı uğurlardan bəhs edib. Gənclər və idman naziri Fərid Qayıbov Quba Olimpiya İdman Kompleksində yaradılan yüksək şəraitdən danışıb. O, kompleksdə müxtəlif idman növləri üzrə təlim-məşq toplanışları və yarışların keçiriləcəyini diqqətə çatdırıb. Gimnastika üzrə Azərbaycan millisinin də hazırda Quba Olimpiya İdman Kompleksində hazırlıq keçdiyi bildirilib. Daha sonra nazir idman paytaxtının rəmzi açarını icra başçısına təhvil verib. Ardınca sambo üzrə dünya və Avropa çempionatlarının mükafatçısı Zaur Paşayev və peşəkar MMA döyüşçüsü, 4 qat dünya çempionu Vüqar Kərəmov çıxış ediblər. Onlar hazırda beynəlxalq arenada Azərbaycanı təmsil edən bütün idmançılara uğurlar arzulayıblar. Tədbir bədii hissə ilə davam edib. Müxtəlif idman növləri üzrə federasiyaların üzvlərinin paradından sonra respublikanın tanınmış incəsənət ustaları və müğənnilərinin iştirakı ilə möhtəşəm konsert proqramı təşkil olunub.xeber100.com

Yanvar 15, 2024 14:02