“Barselona” müqaviləni yeniləyib

22 Oktyabr 2016 17:48

Xəbər 957 dəfə oxunub

“Barselona” futbol klubunun rəhbərliyi komandanın braziliyalı hücumçusu Neymar Junior ilə müqaviləni yeniləyib. Azərtac xəbər verir ki, 24 yaşlı futbolçu ilə müqavilənin müddəti 2021-ci ilədək uzadılıb. “Sambaçı”nın təzminat qiyməti birinci il 200 milyon, ikinci il 220, üçüncü il isə 250 milyon avro olacaq. Müqavilənin müddəti 2021-ci il iyunun 30-da başa çatacaq. Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarının çempionu olan Neymar “Barselona”nın əsas heyətində keçirdiyi 150 oyunda 91 qol vurub. O, bu müddətdə 62 məhsuldar ötürmə edib.xeber100.com