“Barselona”nın qapıçısı La Liqada yeni rekorda imza atıb

13 Mart 2023 15:54

Xəbər 346 dəfə oxunub

“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen La Liqada yeni rekorda imza atıb. 30 yaşlı qolkiper cari mövsüm yerli çempionatda çıxdığı 25 oyunun 19-da qol buraxmayıb. Nəticədə o, belə nəticəyə imza atan ilk qapıçı adını qazanıb.

Ter Ştegen 1993-1994-cü il mövsümündə La Liqada 25 oyunun 18-də qol buraxmayan “Deportivo”nun qapıçısı Fransisko Llanyonu ötüb.

Qeyd edək ki, almaniyalı futbolçu 2014-cü ildən “Barselona”nın formasını geyinir.xeber100.com