Baş Dövlət Yol Polisi İdarəsinin hərəkət iştirakçılarına müraciəti…

13 May 2019 15:04

Xəbər 705 dəfə oxunub

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) hərəkət iştirakçılarına müraciət edib.İdarədən Azərtac-a verilən məlumata görə, son günlər qeydə alınmış ağır yol-nəqliyyat hadisələrinin təhlili göstərir ki, qəzaların baş verməsinin əsas səbəblərindən biri də məhz sürücülərin sükan arxasında diqqətsizliyidir.Baş Dövlət Yol Polisi İdarəsi bu səbəbdən baş verə biləcək yol qəzalarının qarşısının alınması məqsədilə bir daha sürücülərin diqqətinə çatdırır ki, nəqliyyat vasitələrini idarə edərkən son dərəcə diqqətli olmalı, sürət rejimini nəzarətdə saxlamalı, yol nişanlarına və nişanlanma xətlərinə diqqət yetirməli, sərnişinlərlə və ya mobil telefonla diqqəti yayındıra biləcək söhbətdə iştirak edilməməlidir.Qəzaların analizi, həmçinin göstərir ki, bir çox yol-nəqliyyat hadisəsinin qarşısının alınması, yaxud daha az zərərlə nəticələnməsində sərnişinlərin xüsusi rolu olur. Belə ki, öz təhlükəsizliyi naminə həyatını sürücünün ixtiyarına buraxmayan, mənzil başına sağ-salamat çatmaq istəyən sərnişinlərin ayıq-sayıqlığı yolboyu sürücünün qaydalara riayət etməsinə, onun nəqliyyat vasitəsini idarəetmə qabiliyyətində olub-olmamasına diqqət yetirməklə sürücünün görmədiklərinə vaxtında reaksiya vermələri və ən azı, onun diqqətini yayındırmamaları yüzlərlə qəzanın, o cümlədən ölüm və xəsarətin qarşısını alıb.xeber100.com

 

Havanın temperaturu gecə 12-16°, gündüz 22-27° isti olacaq

Azərbaycanda aprelin 19-na gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-16°, gündüz 22-27° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 756 millimetr civə sütunu olacağı proqnozlaşdırılır. Nisbi rütubət gecə 70-75, gündüz 45-50 faiz təşkil edəcək. Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gündüz yüksək dağlıq ərazilərdə qısamüddətli yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 8-13°, gündüz 25-30° isti olacağı gözlənilir. Xankəndi şəhəri, Şuşa, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy, Göygöl rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısa müddətə intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-12°, gündüz 18-23° isti olacağı proqnozlaşdırılır. Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısa müddətə intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacağı güman edilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 9-14°, dağlıq ərazilərdə 3°-dək, gündüz 17-22° isti olacaq. Gəncə şəhərində, Qazax, Samux, Goranboy, Tərtər, Şəmkir, Tovuz, Naftalan, Füzuli rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz əsasən dağlıq ərazilərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-15°, gündüz 25-30° isti olacağı güman edilir. Mingəçevir şəhərində, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Ağdaş, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək, lakin gündüz bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi gecə və səhər bəzi şərq rayonlarında arabir güclənəcək. Havanın temperaturu gecə 10-15°, gündüz 23-28° isti, dağlarda gecə 9-14°, gündüz 22-27° isti olacağı proqnozlaşdırılır. Şirvan şəhərində, Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Bərdə, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Göyçay, Ucar, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə arabir duman olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-15°, gündüz 25-30° isti olacaq. Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabad rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-15°, gündüz 23-28° isti, dağlarda gecə 10-14°, gündüz 19-24° isti olacağı güman edilir.xeber100.com

Aprel 18, 2024 15:23

Havanın temperaturu gecə 1° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti olacaq

Azərbaycanda martın 2-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti olacaq. Atmosfer təzyiqi 771 millimetr civə sütunundan 767 millimetr civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80, gündüz 50-60 faiz təşkil edəcək. Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 1-6° şaxta, gündüz 8-13° isti olacağı ehtimalı var. Xankəndi şəhərində, Şuşa, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən və Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 2-7° şaxta, gündüz 2-7° isti olacağı proqnozlaşdırılıb. Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər arabir duman olacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-7° şaxta, gündüz 3-8° isti olacaq. Gəncə şəhərində, Qazax, Samux, Goranboy, Tərtər, Füzuli rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-12° isti olacağı ehtimal edilir. Mingəçevir şəhərində, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Ağdaş, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Lakin axşam bəzi yerlərdə az yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 6-11° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacağı güman edilir. Şirvan şəhərində, Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Göyçay, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin günün ikinci yarısında bəzi şərq rayonlarında havanın az çiskinli olacağı ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 8-13° isti olacağı proqnozlaşdırılır. Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabad rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 2° şaxtadan 2°-dək isti, gündüz 7-12° isti, dağlarda gecə 2-4° şaxta, gündüz 2-5° isti olacağı ehtimalı var. Gecə və səhər ölkənin bəzi dağlıq ərazilərində yollar buz bağlayacaq.xeber100.com  

Mart 1, 2024 14:33

Ölkəmizdə növbəti dəfə Azərbaycan Karyera İnkişaf Forumu keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə ölkəmizdə növbəti dəfə Azərbaycan Karyera İnkişaf Forumu keçirilib. Forumda əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev, gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, elm və təhsil nazirinin müavini İdris İsayev, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli, Milli Məclisin deputatları, dövlət və özəl qurumların nümayəndələri, karyera məsləhətçiləri, yerli və xarici spikerlər, insan resursları mütəxəssisləri, top menecerlər, təhsil ekspertləri və inkişaf mentorları iştirak ediblər. “Yenilikləri fürsətə çevir!” devizi ilə təşkil olunan builki forumun məqsədi karyera inkişafı üzrə yerli və qlobal nailiyyətləri, müasir yanaşmaları, rəqabətli mühitdə kadr ehtiyatının formalaşdırılması üçün effektiv ali təhsil strukturunun qurulması mexanizmlərini, daim dəyişən dünyada tələb olunan bacarıqları və karyera sahəsində müasir tələb-təklif trendlərini analiz edərək düzgün nəticə çıxarmağa imkan yaratmaqdır. Forumda çıxış edən Anar Əliyev Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq ölkəmizdə son illər aparılan sosial islahatlar, əmək bazarının inkişafı, aktiv məşğulluq proqramlarının genişləndirilməsi üçün atılan addımları diqqətə çatdırıb. O, gənclərin daim yenilənən əmək bazarının tələblərinə uyğun peşə və ixtisaslara yiyələnməsinin, ixtisaslı işçi qüvvəsinin artırılmasının məşğulluq sahəsində mühüm hədəflərdən olduğunu qeyd edib. Forumda məşğulluq xidmətləri sahəsində innovativ həllərin tətbiqi və rəqəmsallaşdırma işlərindən bəhs olunub. Son 5 ildə məşğulluq orqanları tərəfindən 1 milyondan çox şəxslə müxtəlif istiqamətlər üzrə iş aparıldığı, peşə hazırlığı sisteminin təkmilləşdirilməsi və şəbəkəsinin genişləndirilməsi üçün aparılan işlər qeyd edilib. Peşəyönümü məsləhət xidməti sahəsində görülən tədbirlər diqqətə çatdırılıb. Peşəyönümü məsləhət xidməti sahəsində bir sıra yeni layihələrin - “Alo Karyera”, “CV yarat” platformalarının önəmi vurğulanıb. Peşəyönümü məsləhət xidməti və karyera planlamasının rolunun artırılması istiqamətində işlərin də davam etdirildiyi bildirilib. Qeyd olunub ki, bu forum əmək bazarının mövcud vəziyyəti, gələcəyin ən vacib əmək bacarıqları və onlara yiyələnmək yolları barədə məlumatlığı artırmağa, bu mövzuda dövlət, biznes və qeyri-hökumət sektorları üçün ortaq müzakirə platforması yaratmağa imkan verir. İştirakçılara Azərbaycan Karyera İnkişaf Forumunun təşkilatçılığının əhəmiyyətli mərhələləri və forumun əmək bazarındakı gələcək inkişaf üçün mühüm rola sahib olması ətraflı şəkildə nümayiş etdirilib, forumun hesabat videosu yayımlanıb. Bildirilib ki, indiyədək təşkil edilən forumlar zamanı iştirakçılar arasında keçirilən sorğuların statistikasına əsasən, ümumi məmnuniyyət göstəricisi 88 faiz olub. İştirakçılar forumda müzakirə edilən mövzuların məzmununun 95 faizini iş mühitində tətbiq edə biləcəkləri bilik, bacarıq və həll üsullarından ibarət olduğu üçün faydalı hesab ediblər. Daha sonra forumun “Müasir dövrün dəyişən əmək bazarında universitetlərin rolu” birinci panelinə start verilib. “Effektiv universitet mexanizminin qurulmasına təsir edən amillər” mövzusu ilə Nişantaşı Təhsil İdarə Heyətinin üzvü Burak Kılanç, “Sosial tərəfdaş - universitet əməkdaşlığının qarşılıqlı faydaları” mövzusu ilə Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, “Tələbə və məzunların əmək bazarına çıxışını necə asanlaşdıraq?” mövzusunda isə Malayziya Sabah Fondu Universitetinin rektoru Rafiq İdris təqdimatlarla çıxış ediblər, panel üzrə müzakirələr və qiymətləndirmə keçirilib. Tədbirin davamında “Dəyişən dünyada necə sağ qalaq?” və “İş dünyasının gələcəyi və dəyişən tələblər” adlı panellər üzrə yerli və xarici spikerlərin iştirakı ilə müzakirələr keçirilib. Forumda müzakirə olunan mövzular üzrə tövsiyə sənədi hazırlanaraq universitetlərə, dövlət və özəl qurumlara təqdim olunacaq.xeber100.com  

Dekabr 19, 2023 14:04

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə…

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin dekabrın 12-də saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, əksər rayonlarda arabir yağış yağıb, bəzi şərq rayonlarında intensiv olub. Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, düşən yağıntının miqdarı: Astarada 57, Lənkəranda 50, Yardımlıda 11, Quba, Neftçala, İsmayıllı, Şabran, Oğuz, Mingəçevir, Göytəpə, Qobustan, Şamaxı, Balakən, Göyçay, Şəki, Biləsuvar, Lerik, Zərdab, Naxçıvan, Şərur, Şahbuz, Culfa, Ordubad, Naftalan, Göygöl, Ceyrançöl, Şəmkir, Tovuz, Ağstafa, Qəbələ, Zaqatala, Ağsu, Tərtər, Yevlax, Beyləqan, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Gəncə, Qusar, Xaltanda 6 millimetr, Bakıda və Abşeron yarımadasında isə 1 millimerədək olub. Dekabrın 11-də şimal-qərb küləyi arabir Şirvanda 15 metr/saniyə, Bakıda və Abşeron yarımadasında isə 18 metr/saniyəyədək güclənib. Neft Daşları mütüoroloji stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.2 metrə çatıb. Balakən, Yevlax, Daşkəsən, Gədəbəy, Göygöl, Tərtər, Zərdab, Naftalan, Gəncə, Şəmkir, Ağstafa, Oğuz, Qəbələ, Zaqatala, Şəki, Qax, Şamaxı, Qobustan, Xaltan, Quba, Qusar, Göyçay, Lerikdə dumanlı hava müşahidə olunub, görünüş məsafəsi 50-500 metrədək məhdudlaşıb. Havanın minimal temperaturu: Bakıda və Abşeron yarımadasında 5 dərəcəyədək isti, Naxçıvan MR-da 0-5 dərəcə isti, Aran rayonlarında 5 dərəcəyədək isti, dağlıq rayonlarda 2-6 dərəcə şaxta olub. Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraitinin dekabrın 14-ü gündüzədək davam edəcəyi gözlənilir.xeber100.com

Dekabr 12, 2023 13:07

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə…

Azərbaycanda oktyabrın 28-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 15-18°, gündüz 21-26° isti olacaq. Atmosfer təzyiqi 760 millimetr civə sütunu, nisbi rütubət 60-70 faiz təşkil edəcək. Naxçıvan şəhərində, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 9-14°, gündüz 23-28° isti təşkil edəcək. Xankəndi şəhərində, Şuşa, Xocalı, Xocavənd, Ağdam, Daşkəsən, Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-11°, gündüz 16-21° isti olacaq. Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında hava əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-10°, gündüz 13-18° isti, bəzi yerlərdə 22°-dək isti olacaq. Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Füzuli rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi rayonlarda duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-17°, gündüz 23-28° isti olacaq. Mingəçevir şəhərində, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Ağdaş, Göyçay, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi rayonlarda duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 11-16°, gündüz 22-27°, dağlarda gecə 8-13°, gündüz 18-23° isti olacaq. Şirvan şəhərində, Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Saatlı, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi rayonlarda duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-19°, gündüz 24-29° isti olacaq. Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabad rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi rayonlarda duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-16°, gündüz 23-28°, dağlarda gecə 14-17°, gündüz 21-26° isti olacaq.xeber100.com

Oktyabr 27, 2023 15:20

Hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir

Azərbaycanda oktyabrın 21-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman, az çiskin olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 13-16°, gündüz 18-23° isti olacaq. Atmosfer təzyiqi 765 millimetr civə sütunundan 762 millimetr civə sütununa enəcək. Nisbi rütubət gecə 75-85, gündüz 50-60 faiz təşkil edəcək. Naxçıvan şəhərində, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-12°, gündüz 19-24° isti olacaq. Xankəndi şəhərində, Şuşa, Xocalı, Xocavənd, Ağdam, Daşkəsən, Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 1-6°, gündüz 9-14° isti olacağı proqnozlaşdırılır. Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5°, gündüz 8-13° isti, bəzi yerlərdə 17°-dək isti olacağı bildirilir. Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Füzuli rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 6-11°, gündüz 18-23° isti olacağı ehtimal edilir. Mingəçevir şəhərində, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Ağdaş, Göyçay, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə bəzi şərq rayonlarında qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Qərb küləyi əsəcək, bəzi şərq rayonlarında arabir güclənəcək. Havanın temperaturunun gecə 5-10°, gündüz 17-22° isti, dağlarda gecə 0-5°, gündüz 8-13° isti olacağı ehtimalı var. Şirvan şəhərində, Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 8-13°, gündüz 19-24° isti olacaq. Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabad rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 10-14°, gündüz 17-22° isti, dağlarda gecə 7-9°, gündüz 14-17° isti olacağı gözlənilir.xeber100.com

Oktyabr 20, 2023 14:51