Basketbol yarışlarının iştirakçıları müəyyənləşib

21 May 2017 10:36

Xəbər 516 dəfə oxunub

Mayın 21-də IV İslam Həmrəyliyi Oyunlarının basketbol 3×3 yarışlarının dördüncü – sonuncu günündə qadınların və kişilərin mübarizəsində yarımfinal mərhələsinin digər iştirakçıları da müəyyənləşib.Azərtac xəbər verir ki, Azərbaycanın qadın basketbolçuları İndoneziya yığmasına 20:9 hesabı ilə qalib gələrək yarımfinala yüksəliblər. Digər oyunda Türkiyə millisi Əlcəzair yığmasını mübarizədən kənarlaşdırıb – 12:7.Kəişilərin mübarizəsində isə Qətər millisi Səudiyyə Ərəbistanından üstün olub – 15:7. Türkmənistan basketbolçuları isə Malini 13:10 hesabı ilə məğlub edib.Xatırladaq ki, dörddəbir final mərhələsinin ilk görüşləri ötən gün keçirilmişdi.Beləliklə, qadınların yarışında Azərbaycan, Türkiyə, Mali və Türkmənistan, kişilərin mübarizəsində Azərbaycan, Türkiyə, Qətər və Türkmənistan basketbolçuları yarımfinala vəsiqə qazanıblar.xeber100.com