Basketbol idman növü üzrə ikinci turnir keçirilib

16 İyul 2018 13:58

Xəbər 769 dəfə oxunub

Kutaisidə 3×3 basketbol idman növü üzrə “3x3GeoTour2018” Gürcüstan turunun ikinci turniri keçirilib.Azərtac xəbər verir ki, turnirə ölkəmizdən “3×3 Azərbaycan” (Nicat Mirzəyev, Teymur Quliyev, Ramil Əyyubov) və “Phoenix Baku” (Rəhman Teymurbəyov, Elmar Mir-Bağırov, Andrey Kondratyev, Fariz Qənbərov) komandaları qatılıblar.“A” qrupunda çıxış edən “Phoenix Baku” komandası “Young boys” 17:14, “Alik&Company” isə 17:13 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib. Eyni zamanda “B” qrupunda yer alan “3×3 Azerbaijan” komandası “Bad Boys”a 14:16 və “Whats Up”a 16:17 hesabı ilə məğlub olaraq mərhələ adlaya bilməyib və turnirdə beşinci yerə sahib olub.“Phoenix Baku” yarımfinalda “Whats Up”a 21:17 hesabı ilə qalib gələrək həlledici mərhələyə vəsiqə qazanıb. Finalda “Bad Boys” komandasına 19:21 hesabı ilə məğlub olan təmsilçimiz “3x3GeoTour2018” adlı Gürcüstan turunun Kutaisi mərhələsində ikinci yerə çıxıb.Qeyd edək ki, “3x3GeoTour2018” turunun növbəti turniri Rustavidə davam edəcək.xeber100.com