Basketbol komandaların yarışı Fransa yığmasının çempionluğu ilə başa çatıb

27 İyul 2019 15:40

Xəbər 516 dəfə oxunub

İyulun 27-də XV Avropa Gənclər Yay Olimpiya Festivalında qızlardan ibarət basketbol komandalarının yarışı Fransa yığmasının çempionluğu ilə başa çatıb.Azərtac xəbər verir ki, yarışlarında finalında Macarıstan seçməsini 64:59 hesabı ilə məğlubiyyətə uğradan Fransa millisi festivalın qızıl medalını qazanıb.Yarışda 5-6-cı yerlər uğrunda görüşdə isə Belçika komandası İtaliya yığmasına 70:58 hesabı ilə qalib gəlib.Xatırladaq ki, bürünc medal uğrunda görüşdə Rusiya millisini Çexiyanı (53:43), 7-8-ci yerlər uğrunda qarşılaşmada isə Polşa yığması Türkiyəni (71:65) məğlubiyyətə uğradıb.Bununla da festivalda qız basketbolçuların mübarizəsinə yekun vurulub.xeber100.com