Basketbol üzrə 40-cı Avropa çempionatı başa çatıb

18 Sentyabr 2017 12:07

Xəbər 921 dəfə oxunub

Basketbol üzrə 40-cı Avropa çempionatı Sloveniya yığma komandasının qələbəsi ilə başa çatıb.Azərtac xəbər verir ki, İstanbuldakı Sinan Erdem arenasında keçirilən final qarşılaşmasında Serbiya yığma komandasını 93:85 hesabı ilə məğlub edən Sloveniya basketbolçuları qızıl medallara sahib olublar.Oyunun ilk periodunda 20:22 hesabı ilə məğlub olan Sloveniya millisi ikinci periodda qələbə qazanıb – 36:25. Ümumi hesabda tarazlığı bərpa etmək istəyən serbiyalılar üçüncü periodda 20:15 hesabı ilə qalib gəliblər. Lakin Sloveniya yığması dördüncü periodu də qələbə ilə başa vuraraq (22:18) rəqibinə heç bir şans verməyib. Beləliklə, ümumi hesabda 93:85 hesabı ilə üstün olan Sloveniya basketbolçuları Avropa çempionu adını qazanıblar.Çempionların heyətinə Qoran Draqiç 35 xal və 7 ribaund ilə final matçının ən məhsuldar basketbolçusu olub.Üçüncü yer uğrunda görüşdə – İspaniya-Rusiya qarşılaşmasında da 93:85 hesablı nəticə qeydə alınıb. İspaniyalılar gərgin idman mübarizəsi şəraitində keçən oyunda qalib gələrək ““Eurobasket 2017”nin bürünc medallarına layiq görülüblər.Dörd ölkənin – Finlandiya, İsrail, Rumıniya və Türkiyənin ev sahibliyi ilə keçirilən basketbol üzrə 40-cı Avropa çempionatında dörd qrupda 24 komanda mübarizəyə qoşulmuşdu.xeber100.com