Basketbol üzrə Çempionlar Liqasının formatı dəyişdirilib

25 Sentyabr 2020 15:04

Xəbər 534 dəfə oxunub

Basketbol üzrə Çempionlar Liqasının müntəzəm çempionatının 2020-2021-ci il mövsümünün formatı pandemiya səbəbindən dəyişdirilib.“Eurohoops” saytı xəbər verir ki, müntəzəm çempionat qısa formatda təşkil olunacaq. Belə ki, komandaların az oyun keçirməsi basketbolçuların infeksiyaya yoluxmasının qarşısının alınmasına kömək edəcək. Komandalar 8 qrupa bölünəcək və hər qrupda 4 klub yer alacaq.Qeyd edək ki, standart formatda isə komandalar 4 qrupa bölünürdü. Hər qrupda 8 komanda mübarizə aparırdı.xeber100.com