Basketbol üzrə respublika birinciliyinin qalibi müəyyənləşib

5 Dekabr 2016 11:40

Xəbər 911 dəfə oxunub

“Gənclik” Tələbə İdman Cəmiyyəti Respublika Şurasının təşkilatçılığı ilə orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında respublika birinciliyi davam edir.Azərtac xəbər verir ki, təqvim planına şahmat, dama, stolüstü tennis, voleybol və basketbol daxildir.Oğlanlar arasında basketbol yarışı Bakı 2 nömrəli Baza Tibb Kollecinin idman zalında keçirilib.Bütün rəqiblərindən üstün olan Azərbaycan Dövlət Pedaqoji Kollecinin kollektivi qalib adını qazanıb. Bakı 2 nömrəli Baza Tibb Kollecinin təmsilçiləri ikinci, Bakı Qida Sənayesi Kollecinin yetirmələri isə üçüncü olublar.xeber100.com