Basketbol yarışlarının ikinci günündə 18 görüş keçirilib

20 May 2017 08:44

Xəbər 767 dəfə oxunub

Mayın 19-da IV İslam Həmrəyliyi Oyunlarının basketbol 3×3 yarışlarının ikinci günündə 18 görüş keçirilib.Azərtac xəbər verir ki, Azərbaycanın kişilərdən ibarət komandası yarışların ikinci günündə keçirdiyi hər iki oyunu qələbə ilə başa vurub. Komandamız ilk görüşdə Səudiyyə Ərəbistanı yığmasını 21:10 hesabı ilə məğlub edib. Basketbolçularımız ikinci oyunda Pakistan millisinə 22:13 hesabı ilə qalib gəliblər.Azərbaycanın qadın basketbolçuları yarışların ikinci günündə bir görüş keçiriblər. Mali millisi ilə oyunda rəqib komanda qələbəyə sevinib – 8:11.İslamiadanın basketbol 3×3 yarışlarına mayın 21-də yekun vurulacaq.xeber100.com