Basketbolçuları arasında 17-ci turun növbəti oyunu keçirilib

13 Fevral 2023 13:01

Xəbər 342 dəfə oxunub

Fevralın 12-də Şəki Olimpiya İdman Kompleksində “Olimpik Şəki BK” və “Sərhədçi PİK” basketbolçuları arasında 17-ci turun növbəti oyunu keçirilib.

Görüşə üstünlüklə başlayan “Sərhədçi PİK” 106-83 hesablı qələbə qazanaraq, turnir cədvəlinin ikinci pilləsindəki mövqeyini qoruyub saxlayır. Ən məhsuldar basketbolçular “Olimpik Şəki BK”dən Larri Robinson (27 xal, 6 asist), “Sərhədçi PİK”dən Endar Poladxanlıdır (41 xal, 13 ribaund).

Qeyd edək ki, 17-ci turun son oyunu (“Sabah BK” – “Neftçi İK”) fevralın 13-də keçiriləcək.xeber100.com