Batut gimnastikası üzrə Azərbaycan birinciliyinə start verilib

8 Dekabr 2017 12:58

Xəbər 1174 dəfə oxunub

Dekabrın 8-də Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Azərbaycan birinciliyi və bölgələrarası kubok, batut gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatına start verilib.Azərtac xəbər verir ki, yarışların birinci günündə balacalar, uşaqlar, yeniyetmələr, gənclər və böyüklər yaş kateqoriyalarına daxil olan bədii və batut gimnastları medallar uğrunda mübarizə aparırlar.Sonra 2005-2006-cı il təvəllüdlü bədii gimnastlardan ibarət komandalar lentlə qrup hərəkətləri yarışında çıxış edəcəklər.xeber100.com