“Bavariya” futbol klubu Almaniya çempionu olub

17 İyun 2020 11:56

Xəbər 753 dəfə oxunub

“Bavariya” klubu sona iki tur qalmış Almaniya çempionu olub.Azərtac xəbər verir ki, Münhen təmsilçisi buna Bremendə “Verder”ə 0:1 hesablı qələbəsi sayəsində nail olub. Bununla da tarixində ardıcıl 8-ci, ümumilikdə isə 30-cu dəfə çempion adını qazanıb.Qeyd edək ki, turnir cədvəlində ikinci pillədə qərarlaşan “Borussiya Dortmund” klubunun 66 xalı var və “Bavariya”dan 10 xal geri qalır.xeber100.com