“Bavariya” futbol klubu Almaniya çempionu titulunu qazanıb

30 Aprel 2017 10:47

Xəbər 898 dəfə oxunub

Səfər oyununda “Volfsburq” komandasına 6:0 hesabı ilə qalib gələn Münxenin “Bavariya” futbol klubu albadal beşinci dəfə Almaniya çempionu titulunu qazanıb.Azərtac xəbər verir ki, Almaniya bundesliqasının başa çatmasına üç tur qalmış 73 xal toplayan münxenlilər rəqibləri üçün əlçatmaz olub. İkinci yerdə gedən “Leypsiq” klubunun 63 xalı var.Beləliklə, “Bavariya” ümumilikdə 27 dəfə Almaniya çempionu titulunu əldə edib. Bu, turnirin rekordudur.xeber100.com