“Bavariya” futbol klubu “Leyptsiq”in baş məşqçisi Yulian Naqelsmanla anlaşıb

27 Aprel 2021 14:26

Xəbər 494 dəfə oxunub

“Bavariya” klubu “Leyptsiq”in baş məşqçisi Yulian Naqelsmanla anlaşıb.Azərtac xəbər verir ki, bu barədə “Bild” nəşrinin müxbiri Kristian Falk özünün “Twitter” hesabında yazıb.Onun sözlərinə görə, Münxen təmsilçisinin hazırkı baş məşqçisi Hans-Diter Fliki növbəti mövsümdən 34 yaşlı mütəxəssis əvəzləyəcək.“Kicker” nəşri isə yazıb ki, Naqelsman “Leyptsiq” rəhbərliyinə müraciət edərək, müqaviləsinə xitam verilməsini xahiş edib.Hans-Diter Flikin Almaniya millisinin sükanı arxasına keçəcəyi gözlənilir.xeber100.com