“Bavariya” futbol klubunda yeni tələb irəli sürülüb

6 Yanvar 2017 12:51

Xəbər 820 dəfə oxunub

Münxenin “Bavariya” futbol klubunun prezidenti Uli Xöness bütün legioner futbolçulara yeni tələb irəli sürüb. Bild qəzeti xəbər verir ki, klub rəhbəri alman dilini bilməyən əcnəbi futbolçuların cərimələndirilməsini istəyib. Onun fikrincə, komandanın geyinmə otağında futbolçuların danışıq dili almanca olmalıdır.“Futbolçular “Bavariya”nın geyinmə otağında yenidən almanca danışmalıdır. Dil həmrəyliyin sübutudur. Əks təqdirdə kollektiv daxilində qruplaşmalar formalaşmağa başlayır. Əcnəbi futbolçular alman dilini öyrənməkdən imtina edərsə, onlara cərimə kəsiləcək. Legionerlər gündə iki saat almanca öyrənsə, bu çox gözəl olardı”, – deyə futbol funksioneri əlavə edib.xeber100.com