“Bavariya” futbol klubunun qapıçısı Bundesliqada yeni rekorda imza atıb

25 Yanvar 2021 13:25

Xəbər 578 dəfə oxunub

Almaniyanın “Bavariya” futbol klubunun qapıçısı Manuel Noyer Bundesliqada yeni rekorda imza atıb.Azərtac xəbər verir ki, 34 yaşlı qapıçı buna “Şalke” ilə matçda (4:0) nail olub. Almaniyalı qapıçı çempionatda çıxış etdiyi dövr ərzində 197-ci dəfə qapısını toxunulmaz saxlamağı bacarıb. Beləliklə, o, sabiq komanda yoldaşı Oliver Kanın rekordunu yeniləyib. Kan 1987-2008-ci illərdə “Bavariya” və “Karlsrue”də 196 görüşdə qapısını toxunulmaz saxlayıb.Noyer isə “Şalke” və “Bavariya”nın heyətində bu nəticəyə sahib olub.xeber100.com