“Bavariya” klubu “Real Madrid” klubunu qəbul edib

26 Aprel 2018 13:59

Xəbər 726 dəfə oxunub

UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ikinci oyunu keçirilib.Azərtac xəbər verir ki, Almaniyada “Bavariya” klubu İspaniyanın “Real Madrid” klubunu qəbul edib. Münxendəki “Alyans Arena”da təşkil olunmuş qarşılaşmada qonaqlar 2:1 hesabı ilə qalib gəliblər. Oyunun ilk yarım saatında “Bavariya” klubunun heyətində iki aparıcı oyunçu zədələnərək meydanı tərk edib (Robben, Boateng).Hesabı meydan sahibləri 28-ci dəqiqədə Josua Kimmikın sayəsində açıb – 1:0. Birinci hissənin bitməsinə bir dəqiqə qalmış qonaqlar hesabı bərabərləşdirib. Marselo baxımlı qola imza atıb – 1:1.Fasilədən sonra “Münxen”lilərin müdafiədə buraxdığı kobud səhv Marko Asensionun qolu ilə nəticələnib. Beləliklə, oyun 2:1 hesabı ilə “Real Madrid”in qələbəsi ilə başa çatıb.Xatırladaq ki, yarımfinal mərhələsinin ilk oyununda “Liverpul” klubu “Roma”nı 5:2 hesabı ilə məğlub edib. Cavab oyunları mayın 1-də və 2-də baş tutacaq.xeber100.com