“Bavariya” müdafiəçisinə yeni müqavilə təklif etmək istəyir

19 İyun 2020 14:07

Xəbər 923 dəfə oxunub

Almaniyanın “Bavariya” klubu müdafiəçisi Alabaya yeni müqavilə təklif etmək istəyir.Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, Münxen klubunun rəhbərliyi artıq futbolçunun agenti ilə danışıqlara da başlayıb. İyirmi yeddi yaşlı avstriyalı futbolçuya 2024-cü ilədək yeni müqavilə təklif olunacaq.Qeyd edək ki, iyunun 17-də “Bavariya” 32-ci turda “Verder Bremen” üzərində minimal hesablı qələbə sayəsində vaxtından əvvəl Almaniya çempionu olub.xeber100.com