“Bayer Leverkuzen” futbol klubu yeni müqavilə imzalayıb

19 Oktyabr 2018 13:24

Xəbər 769 dəfə oxunub

“Bayer Leverkuzen” futbol klubu müdafiəçi Tin Edvay ilə müqaviləni yeniləyib.Azərtac kluba istinadla xəbər verir ki, xorvatiyalı futbolçunun müqavilə müddəti 2023-cü il iyunun 30-dək uzadılıb.Futbolçu bildirib ki, “Bayer” həmişə məni dəstəkləyib. Ən çətin anlarımda məni tək qoymayıb. Mən özümü “Bayer”də evdəki kimi hiss edirəm. Komandamızın gözəl gələcəyi var və biz birlikdə böyük uğurlara imza ata bilərik.Edvay “Bayer”ə 2015-ci ildə “Roma”dan keçib. Xorvatiyalı müdafiəçi cari mövsüm Almaniya klubunun heyətində 4 oyunda meydana çıxıb.xeber100.com