Gənc oğlan boksçular arasında Azərbaycan çempionatı davam edir. Azərbaycan Boks Federasiyasından bildiriblər ki, 58 komandanın 175 boksçusunun iştirakı ilə təşkil edilən yarışın altıncı günündə yarımfinal görüşləri baş tutub. Bununla da, 13 çəki dərəcəsində 26 döyüşün nəticəsinə əsasən, finala çıxan boksçuların adlarına aydınlıq gəlib. Yığmanın əsas heyət üzvləri inamlı qələbə sayəsində həlledici döyüşə vəsiqə qazanıblar. Məğlub olan idmançılar isə bürünc medalla kifayətləniblər. Həmçinin yeniyetmə və gənc, eləcə də qadınlar arasında Azərbaycan çempionatında final qarşılaşmaları baş tutub. Döyüşlərin yekununa əsasən ölkənin ən güclülərinin adlarına aydınlıq gəlib. Yeniyetmə qızlar arasında İnci Məcidli (50 kq), Mələk Abbasova (54 kq), Qızbəs İsgəndər (57 kq), qadınların yarışında Anaxanım İsmayılova (50 kq, “Neftçi” İK), Məhsəti Həmzəyeva (57 kq, “Qəbələ” İK) birinciliyin qalibi adına layiq görülüblər. Qeyd edək ki, yarışda oğlanlar arasında final görüşləri bu gün keçiriləcək. Boks Mərkəzində təşkil olunan birinciliyin həlledici görüşlərinə saat 13:00-da start veriləcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…